“Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa məcbur idi”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa məcbur idi”.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bu gün PYD və YPG terrorçuları Suriya ərazisinin 25 faizinə nəzarət edir.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləyəcək və bu torpaqları sakinlərinə qaytaracaq:

“Zeytun budağı” əməliyyatı Suriya kürdlərinə qarşı yönəlməyib. PYD və YPG-yə qarşı döyüşən “Azad Suriya Ordusu”nun tərkibində də kürdlər var”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp