Türkiyə Suriyada 597 terrorçu məhv edib
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyə Baş Qərargahı Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı ilə bağlı məlumat yayıb.
Milli.Az Yeni Şafak-a istinadla xəbər verir ki, məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 597 terrorçu məhv edilib. Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 44 obyekt dağıdılıb.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.
Bəxtiyar Umarlı
Milli.Az