Tərtərdə pambıq tədarükü və şəkər çuğunduru istehsalı xeyli artıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Tərtərdə pambıq tədarükü və şəkər çuğunduru istehsalı xeyli artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

M.Məmmədov qeyd edib ki, iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı bu gün Tərtərdə dirçəliş dövrünü yaşayır. Xüsusən əkinçilik sahəsi sürətlə inkişaf etməkdədir. Ötən il rayonda 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən bu məhsulun əkin sahələri 3 dəfə artıb. İl ərzində 8419,9 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahələrinin hər hektarından orta məhsuldarlıq da keçən illə müqayisədə 4,5 sentner artaraq 27 sentnerə çatıb, hektardan məhsuldarlığa görə ölkə üzrə ən yüksək göstərici əldə edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ötən il pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər.

O əlavə edib ki, ötən il rayonda 1541 hektarda şəkər çuğunduru əkilib: “Tərtərdə şəkər çuğunduru ilk dəfə 2005-ci ildə cəmi 8 hektarda əkilmişdi: Rayonumuzda bu qiymətli bitkinin istehsalı əvvəlki ilə nisbətən 15,6 faiz artıb, hər hektardan orta məhsuldarlıq 42,6 ton olmaqla, ümumilikdə 65,7 min ton təşkil edib.

Ötən il kümçülərimiz 4610 kiloqram barama istehsal ediblər ki, bu da 2016-cı il ilə müqayisədə 4,8 dəfə çoxdur. Son 2 ildə rayonumuzda 125 min tut tingi əkilib”.

M.Məmmədov deyib ki, keçən təsərrüfat ilində ümumilikdə 43 min 658 nəfər kənd təsərrüfatı işlərinə cəlb olunub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp