“Təklif verənlərin yazdığı bir cümlədə 13 səhv olur”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Alimlər yeni orfoqrafiya qaydalarını başa düşürlər, ancaq çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur”.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

İ.Həbibbəylinin sözlərinə görə, dünya standartlarına əsasən, hər 10 ildən bir orfoqrafiya qaydaları hazırlanmalı, 5 ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir:

“On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də bu layihə ilə bağlı əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti iki dəfə – 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib”.

Millət vəkilinin sözlərinə görə, bu günədək 214 şəxs bu qaydalara öz fikrini bildirib: “Deyilən fikirlər içərisində bizim nəzərdə tutmadığımız məsələlərlə bağlı olanlar da var, amma fikirlərin 70 faizi komissiyanın mövqeyini müdafiə edir”.

İ.Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarının əsas məqsədi xaricdən alınma sözləri Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırmaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp