Sosial şəbəkələrdə terrorçularla şəkli yayılan qadın kimdir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2 gündür sosial şəbəkələrdə fotosu yayılıb müzakirə edilən qadının adı Helly Luvdur.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Amerikanın PKK/YPG üçün təyin etdiyi “motivasiya vasitəsi”dir.

Helly Luv Cənubi Azərbaycanda, Urmiyada doğulub. Modelliklə məşğuldur. Gah Məsud Barzaniyə tərəfkeşlik edir, gah da Amerikaya…

Körfəz müharibəsi zamanı uşaqkən ailəsi ilə birlikdə Türkiyəyə sığınan Helly Luv hazırda Türkiyəni özünə düşmən kimi görür.

Sosial şəbəkə hesablarında terror təşkilatlarının təbliğatını aparan Helly Luvun Amerika bayrağı ilə də şəkilləri var. O, Kann film festivalında da “kürd sənətçi” kimi iştirak edib.

1988-ci ilin noyabr ayının 16-da İranda dünyaya gələn Helly Luv hazırda Los Ancelesdə yaşayır. O, YPG terrorçularının “qəhrəmanı”dır.

Emin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp