Salyanda dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Salyanda dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

S.Hətəmov qeyd edib ki, Salyan rayonunda özəl investisiya hesabına ümumi dəyəri 127 milyon manat olan təkcə 3 layihənin icrasına sahibkarlar tərəfindən 50,5 milyon manat vəsait xərclənib: “Rayonun Kürsəngi kəndi ərazisində 50 hektar torpaq sahəsində “GP ALPHA GREEN HAUSE” MMC tərəfindən ümumi dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb. Artıq 5 hektar sahədə istixana kompleksinin tikintisi başa çatıb və ilk məhsul istehsal olunub. Ümumilikdə 27,5 milyon manat vəsait xərclənmiş istixana kompleksində 160 nəfər işlə təmin edilib.

“Şəfa Broyler” MMC-yə yeni quşçuluq təsərrüfatının yaradılması ilə əlaqədar təkliflər verilib, birgə işin nəticəsi olaraq rayonun Həsənli kəndi ərazisində illik layihə gücü 12 milyon yumurta olan damazlıq quşçuluq təsərrüfatı yaradılıb. Görülmüş tədbirlər nəticəsində layihə dəyəri 25 milyon manat olan 18 quşçuluq ferması tikilib və 50 nəfər işlə təmin edilib. Salyan Qida Məhsulları Kommersiya Şirkəti tərəfindən müasir tələblərə cavab verən yeni pivə və limonad istehsalı zavodu tikilib. İllik istehsal gücü 14,6 min ton olan zavodun tikintisinə 8 milyon manat investisiya qoyulub və 70 nəfər rayon sakini işlə təmin edilib”.

O əlavə edib ki, ümumiyyətlə, 2017-ci ildə rayonda özəl investisiya hesabına sənaye, kənd təsərrüfatı, iaşə, emal və istehsal sahələri üzrə 51 layihənin icrasına 170 milyon manat investisiya yatırılıb. 2003-cü ildən bəri Salyan rayonunda 19 minə yaxın yeni daimi iş yeri açılıb. Həmin dövrlə müqayisədə sahibkarlıq subyektlərinin sayı 10,8 dəfə artaraq 10 min 752-yə çatıb:

“2017-ci ildə rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilib, 32,3 min hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 19 min hektarda taxıl, 7 min hektarda pambıq əkilib. Ümumilikdə bu işlərə 23 min 527 nəfər cəlb olunub ki, bu da 2016-cı illə müqayisədə 1,5 dəfə çoxdur”.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib kli, ıkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb edilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası nəticəsində rayonda 5 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı işlər başa çatdırılıb. Sahəsi 3 min hektar olan və tikintisi davam edən aqroparkda 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp