“Rusiyaya pomidor ixracı üzrə problem olmamalıdır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2018-ci ildə Azərbaycan pomidorlarının Rusiyaya ixracı üzrə problem olmamalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

A.Əliyev qeyd edib: “Ötən il Rusiyaya pomidor ixracı ilə əlaqədar müəyyən çətinliklərlə üzləşdik. Bu, ilk növbədə, Rusiya tərəfinin Türkiyə pomidorlarının idxalına qadağa qoyması ilə bağlı idi. Biz ötən il ərzində rusiyalı həmkarlarımızla bir neçə dəfə görüşdük. Sonuncu belə görüş sentyabrda baş tutdu. Biz sübut edə bildik ki, Azərbaycana Türkiyə pomidorlarının Rusiyaya yenidən ixracını təşkil etmək iqtisadi cəhətdən sərfəli deyil”.

DGK sədrinin fikrincə, cari ildə Rusiyaya pomidor ixracı ilə bağlı ciddi problem yaşanmamalıdır: “Lakin əgər oxşar problem baş versə, komitə bu məsələni həll etməyə hər an hazırdır. Rusiya tərəfi ötən il inandılar ki, ixrac olunan pomidorlar Türkiyə istehsallı deyil”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp