Rus idmançıları Qış Olimpiya Oyunlarında belə geyinəcək
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək 2018 Qış Olimpiya Oyunlarında iştirak edəcək rus idmançılarının geyim formaları artıq hazırdır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, geyim formaları Beynəlxalq Olimpiya Komitəsinin idman formalarında bayraq və gerb kimi atributlardan istifadə edilməsinə qoyduğu qadağalardan sonra bir sıra dəyişikliyə məruz qalıb.
Kolleksiyanın əsas rəngləri isə, boz, ağ və qırmızıdır. Təlim kostyumları, futbolka, gödəkçələrin üzərinə isə OAR- “Olympic Athlete from Russia” loqosu vurulub.
Qeyd edək ki, Pxenyan şəhərində keçiriləcək 2018 Qış Olimpiya Oyunları fevralın 9-dan start götürəcək. Fevralın 25-dək davam edəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində