Röyadan Lalə və İradəyə cavab: “Sizdən pul istəyən yoxdur”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əməkdar artist Lalə Məmmədovanın Röya və İradə İbrahimova qalmaqalına münasibət bildirməsi odu közərmiş qalmaqalı yenidən alovlandırıb.

Məmmədovanın dediklərinə ilk cavab verən isə prodüser Tolik olub və o, yenə Röyanın müdafiəsinə qalxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsələyə əməkdar artist Röya Ayxan da münasibət bildirib.

O, həmkarlarına son xəbərdarlığını edib: 

“Çox rica edirəm ki, bu söhbəti bağlayasınız. Lalə də, İradə də, Tolik də mənimdir. Başqa problemlər var ki, onu görə bilmirik. Hərənin bir seçimi var. İradədən də, Lalədən də mənim seçimimə hörmətlə yanaşmalarını istəyirəm”.

Röya Türkiyədə tanınması uğrunda tökülən pullara da aydınlıq gətirib:

“Mən aldanmamışam. Tanınmağım üçün pul da tökmürəm. 25 ildir orada yaşayıram, orada ailəm var. Söhbəti uzatmayın. Arxamda möhkəm duran dostlarım var. Bu arada, deyim ki, Lalə də bilsin. Keçən il Antalyada Polat Yağcı (red – “Poll Production” musiqi şirkətinin sahibi) konsertimi təşkil etdi və haamı kimi, mənə də qazandırdı. Mənə görə narahat olmayın. Sağlam addımlayıram və bu addım da sizindir. Büdrəsəm də, sizsiniz, yüksəlsəm də. Sizdən pul istəyən yoxdur. Sadəcə, xeyir və şər işlərinizdə mən sizin əlinizi necə sıxıramsa, siz də mənim əlimi elə sıxın”.

Qeyd edək ki, qalmaqalın yaranmasına səbəb müğənni İradə İbrahimovanın “ATV maqazin onlarla” proqramında işlətdiyi “Röya Türkiyədə heç vaxt ulduz olmayacaq” ifadəsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp