Rianna hamilədir? – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Müğənni Rianna “Qremmi-2018” mərasimində “Ən yaxşı rep çıxışı” mükafatından daha çox xarici görünüşü ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecə boyu bir neçə dəfə geyim dəyişən ifaçının hamilə olduğu iddia olunur.

Belə ki, tədbirdə çəkilən şəkilləri sosial şəbəkədə yayıldıqdan sonra Riannanın çəki alması və qarnının böyüklüyü izləyicilərin gözündən yayınmayıb.

Onlar sənətçinin hamilə olduğunu qeyd ediblər.

29 yaşlı müğənni bu barədə rəsmi açıqlama verməsə də, onun yarım ildir sevgili olduğu və ailə qurmağa hazırlaşdığı ərəb milyarderi Hassan Cəmildən uşaq gözlədiyi bildirilir. 

Qeyd edək ki, Hasan Cəmil “Toyota” şirkətinin Səudiyə Ərəbistanındakı nümayəndəliyinin sahibidir. Onun özünün təkcə 1,5 milyard dollar varidatı var.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp