Regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində yatırılan sərmayələrin həcmi açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrdə 4,5 milyard manat sərmayə qoyulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2017-ci ildə qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, həmçinin ümumilikdə bölgələrin inkişafı üzrə tədbirlər davam etdirilib.

Ş.Mustafayev hesab edir ki, bu Dövlət Proqramı regionların xarici görkəmini kökündən dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp