“Qurbanov onları milliyə çağırmamaqla düz edir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov gənc futbolçuları Bəxtiyar Həsənəlizadə ilə Amil Yunanovun milli komandaya çağırılmamalarına münasibətini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc mütəxəssis açıqlamasında yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovun qərarını haqlı sayıb:

“Düz eləyirlər çağırmırlar. Vaxtı çatanda, layiq olanda, dəvət ediləcəklər. Amildə hücumçu olaraq çox şey çatmır. Bunu bugünkü yoxlama oyunumuzda gördünüz. Ancaq Yunanov hər şeyin qaydasında olması üçün çalışır. Bu cür işləməyə davam etsə, inşallah, milliyə də düşəcək”.

Xatırladaq ki, Qurbanov Antalyadakı təlim-məşq toplanışına “Sumqayıt”dan müdafiəçi Bəhlul Mustafazadəylə yarımmüdafiəçi Cavid İmamverdiyevi çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp