Qırğız Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azəbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.

Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur. Qırğızıstan ilə Azərbaycan, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp