Qadını qatarın altına itələyən şəxs: Şeytanın əmrini yerinə yetirdim



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Braziliyada gənc bir qadını metro stansiyasında bir şəxs platformaya daxil olan qatarın önünə itələyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, San Pauloda yaşanan olayda relslər arasındakı boşluğa düşən gənc qadın inanılmaz bir şəkildə sağ qalıb.

Yaralanan qadın xəstəxanaya çatdırılıb. Onu itələyən adamsa səlahiyyətlilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Əqli qüsurlu olduğu düşünülən şəxs ifadəsi zamanı “Şeytanın əmrini yerinə yetirdim” deyib.

Həkimlərin nəzarətə götürdüyü gənc qadının vəziyyətinin yaxşı olduğu deyilir.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadını qatarın altına itələyən şəxs:Şeytanın əmrini yerinə yetirdim

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp