“Polislər vaxtında müdaxilə etdi” – Oksana Elşadla davasından danışdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün “Hər şey daxil” verilişində Tolikin qonağı olan Oksana Rəsulova Elşadla aralarında yaşanan xoşagəlməz hadisə barədə açıqlama verib.

Milli.Az xəbər verir ki, rəqqasə-aktrisa Elşadın ona şiddət tətbiq etdiyi olayla bağlı danışarkən bəzi məqamları gizli saxlamaq istədiyini deyib:

“Elşadla bağlı elə şeylər var ki, onları açıqlaya bilmərəm. Çünki o aramızda olan söhbətdir. Onu mən heç vaxt edə bilmərəm. Mən artıq 6 ildir ki, azad qadınam və heç kimin, valideynlərimdən başqa ixtiyarı yoxdur ki, mənim azadlığıma bir nöqsan göstərsin”. 

Verilişdə qonaq olan jurnalistlərin “Mələyin öpüşü” ilə sən özün Elşadın sənə qarşı qısqanclığına şərait yaratdın” sualına Oksana “Düzü, o filmdə mən özümü, öz cibimi düşündüm. Ola bilsin ki, mənim günahım oldu ki, mən ona o filmdə çəkilmək təklifi etdim” cavabını verib.

Tolikin “Oksana, o filmdə başqa bir aktyorla öpüşə bilərdinmi?” sualına rəqqasənin cavabını olduğu kimi təqdim edirik:

“Yox. Heç vaxt. Əslində, aktrisa üçün bu normaldır, amma mən edə bilməzdim. Bir az daxili kompleksim var. Mən özümü düşünüb, ona o obrazı təklif etdim. Filmdən sonra, düzdür, münasibətimiz sevgili kimi olmadı. Amma sənət yoldaşı kimi yaxınlaşma var idi. Ondan sonra sevgi addımları onun tərəfindən oldu. Amma bunun yaranasına səbəb qalmamışdı. Sağolsun polislərimiz, vaxtında müdaxilə etdilər”. 

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında Binəqədi Rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyü barədə məlumat vermişdi. Reper ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp