Ötən il Azərbaycana 187 ölkədən 2,7 milyona yaxın əcnəbi gəlib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2 696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər ediblər. Gələnlərin 31,7 faizi Rusiya, 20 faizi Gürcüstan, 13,5 faizi İran, 11,2 faizi Türkiyə, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi İraq, 2,1 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil edib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 5,9 faizi yanvar, 5,7 faizi fevral, 9,1 faizi mart, 6,9 faizi aprel, 7,8 faizi may, 9,0 faizi iyun, 11,7 faizi iyul, 11,4 faizi avqust, 9,4 faizi sentyabr, 7,6 faizi oktyabr, 7,5 faizi noyabr, 8,0 faizi isə dekabr aylarında ölkəyə gəliblər.

Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Əvvəlki illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,7 dəfə, Oman – 7,4 dəfə, Səudiyyə Ərəbistanı – 4,5 dəfə, Bəhreyn – 3,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri – 2,4 dəfə, Qətər – 2,4 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artıb. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 65,2 faiz artaraq 614,7 min nəfər təşkil edib.

Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunub. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1 006,5 min nəfər olub.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp