Oğuzda 27 yaşlı qadın özünü öldürdü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Oğuzda iki uşaq anası intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  yanvarın 28-i, saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Qəribə Mikayılovanın istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp