Oğurluq akkumulyator satan şəxs tutulub
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Salyanda oğurluqla məşğul olan şəxs saxlanılıb.
Milli.Az report.az-a istinadən bildirir ki, 1990-cı il təvəllüdlü Bəşirbəyli kənd sakini İsmayılov Qalib Ağası oğlu Qaraçala qəsəbəsindəki “Hacı Camalxan” kəndli-fermer təsərrüfatına məxsus “DAF” markalı yük maşınından iki ədəd akkumulyator oğurlayaraq Şirvan şəhərində satarkən polis əməkdaşları tərəfindən tutulub.
Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.
Milli.Az