Neymar İspaniyaya qayıdır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən mövsüm 222 milyona PSJ-yə keçid edən braziliyalı Neymar haqqında daha bir idda ortaya atılıb.

Milli.Az xəbər verir ki, bu iddia ulduz futbolçunun PSJ-yə transfer olunacağı ilə bağlı ilk xəbəri yazan jurnalist Ulisses Kosta tərəfindən səsləndirilib.

Jurnalistin açıqlamasına görə, Neymar gələn mövsümdən etibarən “Real”ın formasını geyinəcək. Onun sözlərinə görə, PSJ-nin Çempionlar Liqasında çıxışını dayandırdığı an Neymar “Real”a transfer olunacaq və yenidən İspaniyada oynayacaq.

Neymar isə açıqlama verərək PSJ-də xoşbəxt olduğunu, bu komandaya tarix yazmaq üçün gəldiyini bildirib.

Qeyd edək ki, braziliyalı futbolçu PSJ-nin heyətində 26 qola imza atıb, 14 məhsuldar ötürmə edib. (publika.az)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp