Nazirlik reyd keçirdi: Ərəblər saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qanunsuz ov edən ərəb vətəndaşları saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 28-də Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq, onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp