“Nəvəmin acılar çəkdiyini gördükcə ürəyim yanır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əməkdar artist Mehriban Xanlarova hazırda xəstəxanada olan nəvəsinin durumunun pis olduğunu bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın qızının övladı üstünə qaynar su tökülərək yanmışdı.

Xanlarova bildirib ki, uşağın durumunda irəliləyiş yoxdur:

“Bilirəm, nəvəmin səhhəti ilə əlaqədar narahatsınız. Amma heç bir irəliləyiş yoxdur. Nəvəmin ağrı, acılar çəkdiyini gördükcə ürəyim yanır. Allahıma sığınmışam. Namaz üzərində Allahıma sual verirəm ki, bacım Sevdadan mənə çəkdirdiyin əzablar bəs deyildimi? İndi nəvəm Sevdadan mənə əzab çəkdirirsən. Qurban olum onun məsləhətinə. Özü nəvəmin körpə canına rəhm eləsin. Dualarınızı bizdən əsirgəməyin”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp