Messi Ronaldunu geridə qoydu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
İspaniya La Liqasının 21-ci turunda “Alaves”i qəbul edən “Barselona” hesabda geri düşsə də, sonda 3 xalı qazana bilib – 2:1.
Qələbə qolunu cərimə zərbəsindən Lionel Messi rəqibin qapısından keçirib.
Mİlli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz Primera karyerasında cərimə zərbəsindən 21-ci qolunu vurub. Messi bu baxımdan 2003/04 mövsümündən etibarən hesablandıqda Ronaldunu (20) geridə qoyub. Bundan başqa, “Barselona” Liqada məğlubiyyətsizlik seriyasını 21-ə çıxarıb. Klub rekordu olan bu göstəricini katalonlar 2009/10 mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altnda müəyyən etmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində