Kiyevdə azərbaycanlı iş adamını qaçıran şəxslər saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı iş adamının qaçırılmasında əli olan iki şəxs saxlanılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Prokurorluğundan bildiriblər.

Məlumata görə, iş adamı 2017-ci il dekabrın 11-də yaşadığı evin həyətindən oğurlanaraq Kiyevo-Svyatoşinsk rayonunun qəsəbəsinə aparılıb.

“İki saylı Kiyev Yerli Prokurorluğunun vəsatətinə əsasən, 50 yaşlı Azərbaycan əsilli şəxsə və onunla əlbir olan 52 yaşlı şəxsə cinayəti törətməkdə şübhəli olduqları barədə məlumat verilib. Kiyevin Darnitsk Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib”, – prokurorluqda deyiblər.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları cinayətdə əli ola biləcək digər şəxslərin saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirlər. 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp