Kələmdən salat da hazırlamaq olar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qış fəslinin ən çox istifadə edilən tərəvəzlərindən olan kələmdən sağlıqlı və ləzzətli salat hazırlaya bilərsiniz. Milli.Az ailem.az-a istinadən kələm salatının hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

Yarım kələm

2 ədəd kök

Yarım dəstə cəfəri

2 ədəd xiyar

1 kasa qoz

1 kasa qatıq 

1 kasa mayonez

Hazırlanması: 

Əvvəlcə kələmi, xiyarı, cəfərini, kökü nazik şəkildə doğrayın.

Qozu iri dənəli şəkildə üyüdün. Daha sonra doğradığınız kələmi duzla yumşalana qədər ovun. Qozla bərabər bütün ərzaqları bir qabın içərisində töküb, mayonez və qatığı əlavə edərək, yaxşıca qarışdırın. Üzərini nar dənələri ilə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun! 

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp