İşçi cəmi 18 ay işlədi, 15 il maaş aldı, üstəlik məhkəməni də uddu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
İspaniyanın cənub-şərqindəki Alicante şəhərində işçi arayış və məzuniyyətlərindən istifadə edərək 15 il ərzində cəmi 1 il yarım işə gedib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, rəsmilərin verdiyi açıqlamaya görə işçinin etdiyi hərəkətdə qanunpozuntusu yoxdur.
İspaniyada işçinin 15 illik iş həyatı müddətində, sadəcə, 18 ay işdə olduğu, qalan 13 il yarımın isə maaşını aldığı məlum olub.
El Pais qəzetinin məlumatına görə, ruhi əsəb dispanserində müavinlik edən şəxs 2001-2016-cı illər arasında məzuniyyətdən istifadə edib, sonra isə xəstəliklə bağlı arayış təqdim edib.
O, ümumilikdə 4553 gün işə getməyib. Məzuniyyətindən də istifadə edən kişi ümumilikdə 18 ay işləyib.
O, məhkəməyə verilsə də, etdiyi hərəkət qanuni olduğuna görə məhkəməni udub.
Qeyd edək ki, işçi 15 il ərzində hər ay 500 avro maaş alıb.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində