İraqda və Suriyada olan 19 azərbaycanlı usaq Azərbaycana gətiriləcək
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
İraqda və Suriyada olan 19 azərbaycanlı usaq bu yaxınlarda Azərbaycana gətiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.
S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: “Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır”.
Milli.Az