İraq və Suriyada döyüşlərdə 300 Azərbaycan vətəndaşı həlak olub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İraq və Suriyada gedən döyüşlərdə 300 Azərbaycan vətəndaşı həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov deyib ki, bu ölkələrdə radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub:

“İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir