İlham Əliyev Finlandiya və Çexiya prezidentlərini təbrik edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan-Finlandiya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsinə və inkişafına nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

XXX

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Çex Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp