“Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir: “Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı – kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov belə bir layihənin hazırlanmasının əleyhinə olmadığını söyləyib. O təklif edib ki, kütləvi tamaşa yerləri ilə bağlı layihə hazırlanarkən yalnız uşaqları deyil, gənclər auditoriyasını da nəzərə almaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp