Gənc ulduz DÇ-2018-dən kənar qala bilərdi: “Oyunçularımızı zədələməyin” – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İngiltərə Kubokunun 1/8 finalında “Mançester Siti” “Kardif”i 2:0 hesabı ilə məğlub edib.

Milli.Az xəbər verir ki, matçin 45-ci dəqiqəsində cansıxıcı hadisə yaşanıb.

Ev sahibi komandanın müdafiəçisi Co Bennet şəhərlilər“in hevbeki Leroy Saneyə qarşı çox kobud qayda pozuntusu edib.

Belə k,i gənc ulduzun birbaşa ayağına xətər yetirməyə çalışan rəqib futbolçu onun ayağının qırılmasına səbəb ola bilərdi. Bununla da Sane mövsümü bitirib, Dunya Çempionatından kənarda qalacaqdı.

Yaşanmış hadisə ilə bağlı danışan Josep Quardiola alman futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib:

“Hakimlər oyunçuları qorumalıdır. Başa düşə bilmirəm bizim qolumuz niyə qeydə alınmadı. Bununla barışa bilərəm. Amma hakimləri oyunçuları qorumalıdır. Tək mənim futbolçularımı yox, meydanda olan hər kəsi nəzərdə tuturam. Kimsə qaydaları pozubsa, buna görə məsuliyyət daşımalıdır. Hələ ki edilən hərəkət bu cür təhlükəlidirsə”.

Matçdan sonra hətta Almaniya yığma komandasıda “Twitter” hesabı vasitəsi ilə “Kardif“in futbolçilarına müraciət edib:

“Ey Kardif, biz, sadəcə, bilmənizi istəyirik: yayda bizim çox ciddi turnirim var. Xahiş edirik, bizim oyunçularımızı zədələməyin. Təşəkkür edirik”.

İngiltərə FA Cup – 28 yanvar
“Kardif” – “Mançester Siti” 0:2
Qollar: 8.Kevin De Brüyne, 37.Rəhim Sterlinq

Oyunun geniş icmalını və hadisə anının görüntülərini təqdim edirik:

Adil Nəcəfov

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Gənc ulduz DÇ-2018-dən kənar qala bilərdi:

Cardiff City vs Manchester City 0-2 ● All Goals & Highlights HD ● 28 Jan 2018 - FA Cup

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp