Duzun bu təhlükələri də var!



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hər gün çox miqdarda duzun qidada istifadə edilməsi bağırsağın immun sistemində dəyişikliklərə səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir qrup amerikalı mütəxəssis bu qənaətə gəlib.

Qeyd olunur ki, üç həftə müddətində duzdan həddən çox istifadə beyində qan dövranını da azaldır.

Bununla bağlı müşahidə siçanlar üzərində aparılıb. Duzun həcminin azalmasından sonra siçanların orqanizmində normal rejimin bərpa olunduğu müşahidə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində beş qramdan çox olmayaraq duzdan istifadə etməyi məsləhət görür.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp