Dünyada ilk dəfə: cütlük tualetdə nikah bağladı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Amerikada qəribə hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, nişanlı cütlük səadət sarayının tualetində nikah bağlayıblar.

Bədbəxt hadisə baş verdiyinə görə, ikili nikah evinin qadınlar tulaletində nikah bağlamalı olub.

Belə ki, Brian və Maria Schulz-un mərasim zalındakı xoş günü zamanı bəyin astma xəstəsi olan anasının həyəcandan halı pisləşib. Onlar qadını nikah evinin ayaqyolusuna aparıblar. Həkimlər gələnə qədər xeyli vaxt keçib. Ona tibbi yardım göstərilib, oksigen verilib.

Cütlük qadının sağlamlığına görə narahat olsalar da, şad günlərində belə hadisənin olmasına və nikahlarının ertələnməsinə məyus olublar. Çünki əgər onlar həmin gün evlənməsələr, ancaq 45 gün sonra nikah bağlamaq üçün icazə ala biləcəklər və həmin gün də bəyin anası mütləq iştirak etməlidir.

Bu səbəbdən ikili elə ayaqyolunda nikah bağlayıb.

Milli.Az maraqlı kadrları təqdim edir:

Emin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyada ilk dəfə - cütlük tualetdə nikah bağladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp