“Dini etiqad azadlığı haqqında” qanunu pozanların sayı AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2017-ci il ərzində Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunu pozan 162 nəfər müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oqtay Tağıyev bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda keçirilən seminar-müşavirədə bildirib.

O.Tağıyevin sözlərinə görə, həmin şəxslərdən 2 nəfəri cinayət məsuliyyətinə cəlb olunub.

O.Tağıyev qeyd edib ki, 2 nəfərlə bağlı prokurorluq orqanlarına müraciət olunub:

“Həmin şəxslərdən 3 ədəd tüfəng, 585 ədəd zərərli dini ədəbiyyat götürülüb. Görülmüş tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxslərdən 2 nəfər inzibati həbs olunub, 52 nəfər 86 min manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq olunub. 4 nəfər azyaşlı barədə materiallar yerli İcra Hakimiyyəti orqanı yanında komissiyalara göndərilib”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp