Bu maketlər görənləri heyrətləndirir – Usta əl işlərini satmır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Uzunluğu 2 metrə çatan hərbi və yelkənli gəmilər, müxtəlif təyinatlı təyyarələr, fərqli ölçüdə raketlər. İlk baxışdan kiçik zavodu xatırladan əl işləri Mingəçevirdə Fizuli Əliyevə məxsusdur. Burada suda, havada hərəkət edə bilən texnikaların maketləri hazırlanır. Milli.Az bildirir ki, 35 ildən artıqdır bu işlə məşğul olan şəhər sakini bacarıqlarını tələbələrinə də öyrətməyə çalışır. Ustanın əsas xammalı, taxta, kağız və plastik materiallardır. Hazırda 2 yelkənli, 1 hərbi gəmi üzərində çalışan sənətkar əl işlərinə xeyli zaman sərf etdiyini deyir.

Ustanın düzəldiyi təyyarələr havaya qalxaraq 16 metrlik məsafədə dairəvi hərəkət edə bilir. Həmçinin burada müasir qırıcıların maketləri də hazırlanır. Əl işləri sırasında diqqət çəkənləri isə raketlərdir. 200 metr hündürlüyə qalxan qurğular parşutu açıldıqdan sora rahat şəkildə yerə qayıdır.

Mingəçevirli sənətkarın hazırladıqları gəmi, təyyarə və digər qurğular müxtəlif sərgilərdə nümayiş olunub. Usta əl işlərini satmır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu maketlər görənləri heyrətləndirir - Usta əl işlərini satmır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp