Bu körpüdən keçə bilmək hər adama qismət olmur – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qəbələnin Tikanlı kəndinin sakinləri Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən keçərkən sanki “tikan” üstündə keçməli olurlar.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, əhali şəhər mərkəzinə getmək üçün Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən istifadə edir.

Ancaq yayda su çox olduqda, qışda isə şaxta olduqda burdan istifadə təhlükəli hal alır. Sakinlər çarəni yük maşınlarına pul verib çayı keçməkdə tapıb. Şəhər mərkəzinə aparan alternativ yol isə 50 km uzundur.

Məmməd Zeynalov – Sakin: “Sel gəlib bu körpünü aparır. Camaat əziyyət çəkir. İri maşınlarla gəlib-gedirlər”.

Tapdıq Şəfiyev – Sakin: “Qış olanda getmək olmur. Neçə dəfə yıxılıblar. Yaşlı adamlar keçə bilmir”.

Quddirsin Yahyayev – Sakin: “Elə olur ki, gecə vaxtı ambulansı çağırırıq amma keçə bilmir. Yollar bərbaddır”.

Qəbələ rayon İcra Hakimiyyətindən verilən məlumata görə, çayın yatağı geniş olduğu üçün ərazidə böyük körpü salınmalıdır. Həmin körpünün layihəsi artıq hazırdır və tikintisi Dövlət proqramına salınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu körpüdən keçə bilmək hər adama qismət olmur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp