“Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının tədarükü üçün qaz qovşağı ola bilər”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının Avropaya tədarükü üçün qaz qovşağı ola bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan mətbuatına müsahibəsində Azərbaycanın Sofiyadakı səfiri Nərgiz Qurbanova deyib.

Səfir deyib ki, 2020-ci ildən başlayaraq Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr qaz tədarük olunacaq: “Bu onu ifadə edir ki, Bolqarıstanda 1 milyona yaxın ev təsərrüfatı qazla təmin olunacaq”.

N.Qurbanova onu da qeyd edib ki, Azərbaycan qazı Bolqarıstana “Cənub qaz dəhlizi” ilə birləşəcək IGB (Yunanıstan-Bolqarıstan interkonnektoru) vasitəsilə tədarük olunacaq.

Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti SOCAR-la “Şahdəniz-2” yatağından ildə bir milyard kubmetr qazın tədarük olunması barədə müqavilə imzalayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp