Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kişi boksçular arasında Azərbaycan çempionatında III günün döyüşləri başa çatıb.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, 39 komandanın qatıldığı yarışda bu gün 32 qarşılaşma keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.

Belə ki, 49 kq və 91 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52 kq, 64 kq, 69 kq və 75 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.

Sabah – çempionatın IV günündə isə 8 çəki dərəcəsi üzrə 32 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı III günün nəticələri:

49 kq

Yadigar Əliyev (“Gilan” İK) – Orxan Süleymanov (“Qızıl Əlcək” İK) – 0:5

Elnur Muradov (“Gömrükçü” İK) – Araz İmaməliyev (“Gilan” İK) – 0:5

52 kq

Qoşqar Səfərli (DİN) – Abdurəhman Şirinov (“Rabitə” İK) – 4:1

Nadir Əhmədov (Tovuz) – Məsud Maqsudov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib

Elçin Bayramov (“Qızıl Əlcək” İK) – Nurlan Kərimli (“Sədərək” İK) – 4:1

Kamran Malikov (“Neftçi” İK) – Ramazan Abdullayev (Balakən) – 2:3

64 kq

İman Əhmədli (“Orion” İK) – Zabex Şomiyev (Masallı) – ikinci diskvalifikasiya olunub

Mirasif Hadızadə (Astara) – Elnur Əliyev (DİN) – birinci döyüşün davam etdirilməsindən imtina edib

Xanbala Qurbanov (“Gilan” İK) – Fərid Ağamoğlanov (“Qəbələ” İK) – birinci döyüşün davam etdirilməsindən imtina edib

Ramiq Allahverdiyev (“Qızıl Əlcək” İK) – Malik Həsənov (“Gilan” İK) – ikinci tam üstünlüklə qalib gəlib

Bəxtiyar Qazıbəyov (“Rabitə” İK) – Rəsul Əsgərov (“Zenit” İC) – 5:0

Sərxan Əhmədov (“Sədərək” İK) – Elməddin İsmayılov (“Rabitə” İK) – 0:5

Elvin Abbasov (Mingəçevir) – Emil Əliyev (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib

Tural Abbasov (“Gömrükçü” İK) – Elvin İsayev (“Gilan” İK) – ikinci tam üstünlüklə qalib gəlib

69 kq

Fərid Qəribov (“Qızıl Əlcək” İK) – Xəyyam Məmmədov – birinci tam üstünlüklə qalib gəlib

Nicat Məmmədov (“Qızıl Əlcək” İK) – Kamran Babayev (“Sədərək” İK) – 5:0

Roman Zakirov (“Qəbələ” İK) – Orxan Xasməmmədov (DİN) – 5:0

Kamran Qəhrəmanlı (DİN) – Şirxan Məmmədov (“Neftçi” İK) – 5:0

Xəzər Əliyev (“Kür” İK) – Ariz Abbasov (Mingəçevir) – birinci tam üstünlüklə qalib gəlib

Səməd Həsənzadə (Sabirabad) – Əlyar İbrahimov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib

Zahir Məlikov (“Neftçi” İK) – Tural Hüseynov (“Sərhədçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

Tural Musayev (Tovuz) – Elnur Süleymanov (“Gilan” İK) – həkim döyüşün davam etdirilməsinə icazə verməyib, ikinci qalib gəlib

75 kq

İsmayıl Hüseynov (“Rabitə” İK) – Mehman Ağakişiyev (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

Elmar Babayev (MOİK) – Zaur Bağırov (Salyan) – 0:5

Talıb Talıblı (“Qəbələ” İK) – Bəşir Kazımov (Astara) – 4:1

Fərid Qasımzadə (“Rabitə” İK) – Ülvi Eyyubov (“Gömrükçü” İK) – 5:0

Tural Useynov (“Səbail” İK) – Rasim Çobanlı (“Gömrükçü” İK) – 0:5

İnqilab Məmmədli (“Rabitə” İK) – Hidayət Musayev (“Kür” İK) – 0:5

Şahin Musayev (“Neftçi” İK) – Məhəmməd Ömərov (Balakən) – ikinci tam üstünlüklə qalib gəlib

Elvin Axundzadə (DİN) – Elvin Qəmbərov (MOİK) – 1:4

91 kq

Rahil Məmmədli (“Qəbələ” İK) – Hüseyn Qasımov (“Rabitə” İK) – 5:0

Gülhüseyn Ağazadə (DİN) – Zəfər Ağamalıyev (Naxçıvan) – birinci tam üstünlüklə qalib gəlib

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp