Bakıda yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub, 2 nəfər yaralanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, “Mercedes”, “Hundai” və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.

Bunlar 1988-ci il təvəllüdlü Qurbanov Qəyyum Novruz oğlu və 1992-ci il təvəllüdlü Qurbanov Orxan İlqar oğludur. İkincinin vəziyyəti ağırdır.

Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.

Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər.

YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn “99-LS-111” dövlət qeydiyyat nişanlı BMW markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp