Bakıda “KamAZ” yolun kənarına aşıb, xəsarət alan var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Nobel prospektində qeydə alınıb.

1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu “KamAZ” markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Onun yük yerində olan qum isə yola dağılıb.

Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya çatdırılıb. Məlumata görə,  başqa bir avtomobil R. İsgəndərovun qabağında sağ-sol manevrləri edib, o da idarəetməni itirib.

Yol qəzasının təfərrüatları araşdırılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp