“Azərbaycanın həm liderliyi, həm təşəbbüsü ilə həyata keçirilən iki nəqliyyat dəhlizi Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanın həm liderliyi, həm təşəbbüsü, həm də mühüm rolu ilə həyata keçirilən iki nəqliyyat dəhlizi – Şərq-Qərb və Şimal-Cənub, Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov AZTV-yə açıqlamasında deyib.

Natiq Əmirov bildirib: “Birinci növbədə Şərq-Qərb nəqliyyat dəhlizi, hansıki Çindən Avropaya yüklərin daşınması üçün ən qısa quru yolu kimi müəyyən edilib və dünyada qəbul olunur. Hal hazırda 60-70 gün çəkən müddət quru yolu ilə təqribən 3 dəfəyə yaxın, bir çox hallarda dahada çox qısalır. Şərq-Qərb nəqliyyat dəhlizi ən qısa quru yolu kimi artıq dünya tərəfindən qəbul olunan bir yoldur”.

Natiq Əmirovun sözlərinə görə, ikinci istiqamət Şimal-Cənub nəqliyyat dəhlizidir: “Buda Hindistandan, İrandan, Pakistandan yüklərin quru yolu ilə Avropa ölkələrinə çatdırılmasını təmin edir”.

Prezidentin köməkçisi vurğulayıb ki, ilk baxışda bunlar bir iqtisadi lahiyyə kimi görünsədə, bunlar inanılmaz siyasi layihələrdir: “Yəni, bu iki layihənin həyata keçirilməsi üçün, yəqin, ki mütəxəssislərdə təsdiq edərlər, dünyanın dövlətləri yüzillərlə mübarizə aparıb. Artıq Şərq-Qərb yolu işə düşüb, Şimal-Cənub nəqliyyat dəhlizi üzərindədə ciddi işlər gedir. Bu layihələr Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü, liderliyi və ən mühümü ciddi iradəsi hesabına ərsəyə gələn layihələrdir. Azərbaycan bu layihələrə böyük investisiyalar qoydu, Cənab Prezident ciddi siyasi iradə ortaya qoydu və ən mühümü bu layihələrin ətrafında dünya dövlətlərinin marağını saxlaya bildi. Azərbaycan dövlətinin başçısı, biraz təvazökarlıqdan kənar olsada, burada siyasi qrossmeyster rolunda çıxış edirdi. Yəni, çox mürəkkəb olan bu nəqliyyat dəhlizlərinə siyasi qüvvələrin, dünya dövlətlətlərinin və dünyanın iqtisadi güclərinin həmin layihələr çərçivəsində Azərbaycanın orbitindən kənarlaşmasına imkan vermədi və onların hamısının iştirakı ilə həmin nəqliyyat dəhlizlərinin reallaşmasına nail oldu. Cənab Prezident deyirdi ki, Azərbaycan kiçik dövlətdir – ərazisinə və əhalisinə görə. Amma bu kiçik olmağı necə üstünlüyə çevirmək olar? Cənab Prezidentin iqtisadi və siyasi siyasəti buna yönəlirdi. Yəni, qonşular böyük dövlətlərdirsə, biz kiçik dövlətiksə bu özü bir üstünlükdür. Cənab Prezident həmin üstünlükdən faydalandı”.

N. Əmirov qeyd edib ki, qonşu İranın, Rusiyanın və Türkiyənin bazarları 300 milyon insanı əhatə edən bir bazarlardır: “Cənab Prezident bu dövlətləri Azərbaycana gətirdi. Cənab Prezident bu ölkələrlə elə mehriban iqtisadi, siyasi əlaqələr qura bildi ki, bu gün bizim ixracatımızın əsas hissəsi bu dövlətlərə yönəlib. Cənab Prezident söylədi ki, qonşularla mehriban münasibət qurmaq, dövlətin öz maraqlarını qorumaq yolunda ən mühüm amillərdən biridir”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp