Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Azərşüşə” dövlət zavodu 2018-ci ildə istehsalat gücünü artıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Sahibkarların sualına cavab verən nazir qeyd edib ki, “Azərşüşə” Azərbaycan Sənaye Korporasiyasının tabeliyinə keçib və zavodun fəaliyyəti tədqiq olunaraq problemləri üzə çıxarılıb.

Ş.Mustafayev deyib ki, korporasiya zavodda yeni istehsalat xəttini işə salacaq.

Nazirin sözlərinə görə, zavodda müxtəlif növ butulkaların istehsalı planlaşdırılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp