Azərbaycanda pomidor ixracı üçün subsidiyalar verilə bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan İqtisadiyyat Nazirliyi pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını nəzərdən keçirə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, hazırda ixracın artırılması üçün kompleks tədbirlər aparılır. O, həmçinin əlavə edib ki, ixracın artımı üçün keyfiyyətli məhsul yetişdirilməsi vacibdir.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan artıq Latviyaya pomidor tədarük etməyə başlayıb.

Nazir xatırladıb ki, bu gün Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi üçün işlər aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp