Azərbaycanda Cümhuriyyət parkının yaradılması təklif edilir
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycanda Cümhuriyyət parkının yaradılmasını təklif edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təşəbbüslə R.Hüseynov komitənin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda Cümhuriyyət parkı olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar:
“Orada onların hamısını bir yerdə ziyarət edə biləcəyik. Zamanında “26 Bakı komissarı” adlanan yer vardı. O bağ vaxtı ilə Cümhuriyyətlə bağlı idi, Azadlıq parkı idi. Orada, yaxud başqa yerdə belə bir park yaratmaq olar”.
Milli.Az