Azərbaycana ərəb investisiyalarının və turistlərin cəlb olunması məqsədilə SAZİŞ imzalandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası ilə Qətərin “Dar’ul-Arab” media qrupu arasında əməkdaşlıq sazişi imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sazişi assosiasiyanın rəhbəri Elşən Rəhimov və media qrupunun icraçı direktoru Cabir Səlim əl-Hərami imzalayıb.

Sazişə əsasən, “Dar’ul-Arab” assosiasiyanın fəaliyyətini ərəb mətbuatında işıqlandıracaq.

Saziş çərçivəsində media qrupu həmçinin, ərəb investisiyalarının ölkəyə cəlb olunması məqsədilə Azərbaycanda turizm, sənaye, ticarət sahələrinin inkişafı barədə məlumatlar dərc etməyi öhdəsinə götürür.

Bundan başqa, Azərbaycana ərəb turistlərinin cəlb olunması məqsədilə ölkənin turizm potensialı haqqında məqalələrə diqqət ayrılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp