Azərbaycan Çində Ticarət Mərkəzi açacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2018-ci ildə Çinin Şanxay şəhərində xüsusi iqtisadi zonada Azərbaycan Ticarət Mərkəzi açılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Sahibkarların sualına cavab verən nazir bildirib ki, artıq Çində Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir:

“Ümumilikdə nümayəndəliklərin sayı müxtəlif ölkələrdə 4-ə çatır. Bu ildən onların fəaliyyəti gücləndiriləcək”.

Ş.Mustafayev əlavə edib ki, fevral ayında Çinə növbəti ixrac missiyasını göndərmək planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp