“Avropa Parlamenti üzvünün Xocalıya səfəri işğala dəstəkdir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır”.

Milli.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, bu kimi qanunsuz səfər ilə L.Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir:

“Avropa Parlamentinin üzvü L.Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal olunmuş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başa düşülən deyildir”.

O qeyd edib ki, aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləmək əvəzinə Avropa Parlamentinin üzvü kimi L.Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Alaand adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi: “Sözügedən şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp