Alimlər unikal ünsiyyət vasitəsi KƏŞF ETDİ



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Alimlər bütün bəşəriyyətin bir-birini başa düşəcəyi yeni, universal ünsiyyət vasitəsi kəşf ediblər.

Milli.Az xəbər verir ki, Harvard universitetindən olan bir qrup amerikalı alimlər müxtəlif dünya dillərinin mövcudluğunu bir kənara qoyub, insanların bir-birini daha yaxşı başa düşəcəyi ünsiyyət vasitəsitapıblar. Onlar iddia edir ki, bəşəriyyət üçün ünsiyyətin ən universal variantı musiqidir.

Araşdırma sosial şəbəkə üzərindən aparılıb. Alimlər dünyanın 60 ölkəsindən 750 internet istifadəçisini bu araşdırmaya cəlb edə biliblər. Həmin şəxslərə təsadüfü seçilmiş kompozisiyalardan musiqi hissələri dinlədilib. Təklif edilən musiqilər isə müxtəlif xalqların mədəniyyətini, milli musiqisini əks etdirib.

İnsanlara hansı janrda musiqi dinləməyi sevirsiniz sualına çox müxtəlif cavablar alınıb. Onların əksəriyyəti öz emosiyalarını təsvir edəcək rəqsə, musiqiyə üstünlük versələr də, hərçənd sözlərdən istifadə edilməyən melodiyaların əksəriyyəti onların xoşuna gəlib.

Müxtəlif xalqların musiqi janrlarına, melodiyalarına qulaq asan insanlar qeyri-ixtiyari ilk dəfədən bu melodiyanın hansı millətə xas olduğunu dəqiqliklə təyin edə bilib. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp