Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Cəfərli kəndi yaxınlığında 3 nəfər tutulub.

Onlar Ağsunun Kəndoba kənd sakinləri – 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğudur.

Həmin şəxslərdən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı “Qırmızı kitab”a düşmüş 4 Bəzgək quşu götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı “Qırmızı kitab”a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp