“Ad və soyadlar haqqında” qanun layihəsi hazırlanacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli Məclisin Mədəniyyət komitəsi yaz sessiyası dövründə hazırlayacağı qanun layihələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələrinin hazırlanması planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp