ABŞ-Türkiyə ordusu Menbiçdə qarşı-qarşıya – “Geri çəkilməyəcəyik”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı, general Cozef Votel ABŞ-ın Suriyanın Menbiç bölgəsindən geri çəkilməyəyini açıqlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, general Votel CNN-ə açıqlamasında belə bir addımın nəzərdə tutulmadığını deyib.
Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ı öz hərbçilərini Menbiçdən geri çəkməyə çağırıb. Türkiyə Afrinin ardınca Menbiçdə əməliyyat keçirmək niyyətindədir.
Milli.Az